5 üstün özəllikli Huawei Nova 9 SE indi “Kontakt”da – Xüsusi şərtlərlə

5 üstün özəllikli Huawei Nova 9 SE indi “Kontakt”da – Xüsusi şərtlərlə
396 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kontakt” ən yeni texnologiyaları sərfəli şərtlərlə müştərilərinə qovuşdurmağa davam edir. Bu dəfə şəbəkə Huawei Nova seriyasının ən son Nova 9 SE modelinin alıcılarını xüsusi şərtlərlə sevindirəcək. Belə ki, bu gündən bütün “Kontakt Home”, “Kontakt Smart” mağazalarında, eləcə də kontakt.az saytında Nova 9 SE smartfonunu nağd alışda 100 manat endirimlə, cəmi 699 manata, kreditlə isə ilkin ödənişsiz, faizsiz, 12 aya ayda cəmi 66 manat ödəməklə ala bilərsiniz.

8 GB operativ, 128 GB daxili yaddaşa sahib Huawei Nova 9 SE smartfonu öz seqmetində həm vizuallığı, həm də iddialı funksionallığı ilə texnologiya sevərlər tərəfindən böyük diqqət çəkməyə davam edir. Gəlin sözü çox uzatmadan modelin önə çıxan özəlliklərini daha dərindən incələyək.

1)    Kosmik dizayn göz oxşayır: Bir telefonun ilk diqqət çəkən hissəsi sözsüz ki, onun görünüşüdür. Bu cəhətdən Nova 9 SE tam hədəfə toxunub deyə bilərik. Modeldə kameraların bloku yarımdairəvi ovala birləşdirilmiş illümünatora və eyni zamanda Günəş ətrafında fırlanan planetlərə bənzəyir. Yüksək keyfiyyətli arxa korpusun qalınlığı cəmi 7,94 mm olub ultra incəliyi məharətlə özündə birləşdirir. 

Böyük ekranın çərçivələri demək olar ki, görünmür. Belə ki, çərçivə xətti sadəcə 1,05 mm təşkil edir. Barmaq izi skaneri güc (power) düyməsinin üzərində yerləşərək istifadəçini asanlıqla tanıma özəlliyinə sahibdir.

2)    108 meqapiksellik kamera sayəsində şəkillər artıq daha canlıdır: Huawei Nova seriyası içində ilk dəfə 108 meqapikselli kamera ilə təqdim olunan bu model istifadəçilərinə maksimum detallığı əks etdirən şəkillər çəkməyə imkan verir. Əsas kameranı 8 MP ultra geniş bucaqlı, yaxın çəkilişlər üçün 2 MP makro və portret çəkilişləri üçün 2 MP dərinlik obyektivi olan kameralar müşayiət edir. Beləliklə, Huawei fotoqrafiya performansı ilə fərqlənməyə davam edir və siz Nova 9 SE sayəsində günün istənilən saatında ən özəl anlarınızı, möhtəşəm şəkillərlə yaddaqalan edə bilərsiniz.

3)    Vlogerlərin çox bəyənəcəyi video xüsusiyyətləri: Sözügedən modelin ən çox bəyənilən özəlliklərindən biri də məhz ön kamera ilə arxa kameranın eyni anda istifadə edilə bilməsidir. Beləcə eyni vaxtda müxtəlif bucaqlardan əla kadrları əldə etmək Nova 9 SE ilə olduqca asandır. Həmçinin, çəkdiyiniz videoları “Petal Clip” sayəsində redakte edə, videoya səs effektləri, yazı tipləri, stikerlər və s əlavə edə bilərsiniz. Əgər siz də aktiv TikTok, YouTube və ya Instagram istifadəçisisinizsə, bu model tam sizə görədir deyirik.

4)    90 Hz-i dəstəkləyən böyük və parlaq ekran: Huawei nova 9 SE 6,78 düymlük IPS displeyində geniş baxış bucaqlarını, real rəng reproduksiyasını, böyük parlaqlıq marjasını və yüksək detallılığı ən yaxşı şəkildə əks etdirir. Bu ekranda sevdiyiniz seriallara baxmaq xüsusilə zövq verəcək.

5)    Dəqiqələr ərzində enerji yığa bilən batareya: Böyük tutumlu batareya tez yox, çox tez enerji toplamaqla yanaşı batareya ömrü cəhətdən də sizi yarı yolda qoymayacaq. 66W SuperCharge xüsusiyyəti sayəsində cəmi 36 dəqiqəyə cihazın enerjisi 0-dan 100%-ə qalxacaq. Siz çay fasiləsi etdiyiniz bir müddətdə enerjisi tam bərpa olan bu cihaz “Kontakt”da iki rəngdə - "Midnight Black”“Crystal Blue” rənglərində təqdim olunur. 

Qeyd edək ki, “Huawei” brendinin rəsmi tərəfdaşı olan “Kontakt” mağazalar şəbəkəsində brendin ən son modellərini və geniş çeşidini uyğun şərtlərlə əldə edə bilərsiniz.