Pərviz Qasımov ailəsi ilə ilk dəfə efirdə - Video

Pərviz Qasımov ailəsi ilə ilk dəfə efirdə - Video
9203 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanəndə Pərviz Qasımov "Zaurla Günaydın" proqramına həyat yoldaşı Firuzə Məmmədova və oğlu Qasımla birgə qatılıb.

Axşam.az xəbər verir ki, xanəndə xanımı ilə necə tanış olduqlarından söhbət açıb:

"Efirdə oxuyanda Firuzə xanım baxıb, deyib suyu şirin gəlir bu oğlanın, deyəsən tanıyıram. Sonra mənə yazdı ki, Allah səsinizə qüvvət versin. Şəkillərinə baxdım, dedim siz də mənə tanış gəlirsiniz. Soruşdum ki, gimnaziyada oxumamısınız?"

F.Məmmədova onun sözlərinə təsdiq olaraq bildirib ki, "İlk sözü mənə bu oldu - gimnaziyada oxumamısınız?"

"Daha sonra ondan Elza xanımın oxuduğu mahnını soruşdum, dedim onun müəllifisiniz? Dedi, "Bəli". Sonra qismət oldu bir dəfə təqbirdə görüşdük. Tədbirdə dəyərli qayınanam Gülya xanım da iştirak etmişdi. Oxumağımı gördülər. Qayıtdı ki, ana gimnaziyada oxuyan uşaqdır -  Pərviz Qasımov. Sonra səmimiyyət yarandı, gediş-gəliş, sonra da..." deyə, Pərviz əlavə edib. 

Xanəndə münasibətlərində ilk addımı özünü atdığını vurğulayıb. 

O, xanımının hazırda niyə sənətdə olmamasına da münasibət bildirərək bunun dövlət işində çalışması ilə əlaqələndirib.

Qeyd edək ki, P.Qasımov sabiq Baş nazir Novruz Məmmədovun kürəkənidir.