Anası Elza üçün evini satdı, Rəqsanə pul göndərdi - Video

Anası Elza üçün evini satdı, Rəqsanə pul göndərdi - Video
19350 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova həmkarı, Əməkdar artist Elza Seyidcahana dəstək olub. 

Axşam.az xəbər verir ki, bu barədə "Səni axtarıram" proqramında aparıcı Xoşqədəm Hidayətqızı məlumat verib. O bildirib ki, sənətçi Elza Seyidcaha 2000 manat yardım göndərib.

Əməkdar artist proqramda anasının da evini satdığını və ona 46 500 manat göndərdiyini bildirib.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. 

Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə proqramda yardım istəyib.