"Söyülürəm, əxlaqıma, şəxsiyyətimə toxunurlar" - Xoşqədəm Hidayətqızı

"Söyülürəm, əxlaqıma, şəxsiyyətimə toxunurlar" - Xoşqədəm Hidayətqızı
13514 dəfə oxunub
  • A-
  • A
  • A+

"İşlər o qədər çoxdur ki, vaxt çatdıra bilmirəm. Mənə təklif edilən pullardan imtina edirəm. Nə pullar təklif edilir ki, filankəsi çıxart efirə".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib. O, "Səni axtarıram" verilişinə görə dəfələrlə təhqir və şantaj edildiyini söyləyib:

"Etibarı itirməmək üçün heç bir təkliflə razılaşmıram. Çox zərbələr alıram: söyülürəm, şəxsiyətimə, əxlaqa toxunacaq qədər gediblər. Qorxmuram, çünki vicdanım təmizdir. Feyk hesablarla yazanlar, birləşib zərbələr vurmaq istəyənlər vecimə deyil. Vicdanın təmiz, niyyətin təmizdirsə qorxma get".