Azərbaycanlı aktyorun Türkiyədə qətlə yetirildiyi davanın - Videosu

Azərbaycanlı aktyorun Türkiyədə qətlə yetirildiyi davanın - Videosu
5738 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, İstanbulun Fatih səmtində iki qrup arasında çıxan davada dünyasını dəyişənlər arasında  azərbaycanlı aktyor Kamran Dadaşzadə də yer alıb.

Axşam.az xəbər verir ki, həmin anların videosu yayılıb. Görüntüdə iki qrup arasında dava çıxdığı, polisin isə onları sakitləşdirməyə çalışdığı görünüb. müdaxiləyə əhəmiyyət verməyən bir şəxs silahla atəş açmağa başlayıb. Polis də həmin şəxslərə qarşı silah tətbiq edib.

Münaqişə nətiçəsində bir polis və orada olan 7 nəfər xəsarət alıb. Yaralananlar arasında hadisə yerində olan və Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub. O, baş nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, aktyorun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. O, bir neçə il əvvəl Azərbaycanı tərk edərək Türkiyədə aktyorluq fəaliyyətini davam etdirib. Kamran Dadaşzadə Türkiyədə bir sıra seriallarda çəkilib, həmçinin tamaşalarda rol alıb. "Savaşçı", "Servet" kimi seriallarda rol alıb.