Türkiyəli aktyor Kıvanç Tatlıtuğ dünyaya gələn oğlu Kurt Efe üçün ev alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Londondan aldığı iki otaqlı evə 670 min funt sterlinq (təxminən 1 milyon 430 min manat) ödəyib.
Kıvanç evi tətildə istirahətə getmək üçün həm də oğlunun gələcəyinə yatırım kimi nəzərdə tutub.
Qeyd edək ki, aktyor dizayner Başak Dizərlə evlidir.