Bakıda keçirilən “TEKNOFEST”dən - Video+Fotolar

Bakıda keçirilən “TEKNOFEST”dən - Video+Fotolar
1870 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda 4 gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir.

Axşam.az xəbər verir ki, festivalın açılışı musiqi proqramları ilə başlayıb.

Festivalda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin sənaye və texnoloji naziri Mustafa Varank iştirak edirlər. 

Birinci günün sonunda təşkil ediləcək konsert proqramında Xalq artisti Aygün Kazımova, müğənnilər Nigar Camal, Azad Şabanov və digərləri çıxış edəcək.

Günün sonunda isə lazer şou olacaq. Şounu Dənizkənarı Bulvarın bütün nöqtələrindən izləmək mümkün olacaq.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xarici ölkədə - Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.