Moskvada RU.TV-nin məşhur mükafatlandırma gecəsi baş tutub.
Axşam.az xəbər verir ki, ulduzlar qlamur geyimləri ilə çəhrayı xalçada poz veriblər. Məşhurların aldığı mükafatlardan çox geyindikləri libaslar müzakirələrə səbəb olub.
Gecənin qonaqları arasında Xalq artisti Emin Ağalarov və azərbaycanlı bloger Hüseyn Həsənov da yer alıb.
Emin gecədə "Ən yaxşı albom" mükafatına layiq görülüb.