İyunda 10 gün iş olmayacaq

İyunda 10 gün iş olmayacaq
2531 dəfə oxunub
  • A-
  • A
  • A+

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri açıqlanıb.

Axşam.az xəbər verir ki, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü olacaq.

Qeyd edək ki, iyunda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.