Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova bir müddət əvvəl İngiltərəyə gedib.
Axşam.az xəbər verir ki, sənətçi Böyük Britaniyada Vindzor qəsrinin ərazisində keçirilən ənənəvi "Kral Atçılıq Şousu"na qatılıb.
Elnarə səfərə həyat yoldaşı Rövşən Cahangirovla birlikdə qatılıb. İfaçı Londonda çəkdirdikləri fotoları isə instaqram izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, R.Cahangirov Dövlət Sərhəd Xidmətinin mayorudur. Rövşən və Elnarə cütlüyünün dörd övladı var.