"Həyat yoldaşımın xəstəliyini gizlədirdim" - Gülyanaq Məmmədova

"Həyat yoldaşımın xəstəliyini gizlədirdim" - Gülyanaq Məmmədova
13150 dəfə oxunub
  • A-
  • A
  • A+

"İndi yaxşıdır. Heç xəstələnən deyildi. Sağlam insandır. Həkimlərin sayəsində sağaldı".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədov "Həmin Zaur" proqramında deyib. Müğənni həyat yoldaşı Ziya bəyin uzun müddət xəstə olduğunu, müalicə aldığını söyləyib. G.Məmmədova etiraf edib ki, çətin günlər yaşayıb:

"Həyat yoldaşımın xəstəliyini gizlədirdim. İndi şükür, yaxşıdır. İstər Azərbaycanda, istər Türkiyədəki həkimlər sağ olsun. Həkimlər sayəsində indi hər şey yaxşıdır".

Aparıcı Zaur Kamalın "Şəkidə həkim deyib ki, qorxuludur, get özünü yoxlatdır" sözlərinə müğənni "Atama da o, diaqnoz qoymuşdu. Ziyaya da dedi, get yoxlan. İldə bir-iki dəfə müayinə olmalıyıq" cavabını verib.