Mayın 21-də “Bakı uşaq ortopediyası” adlı konfrans keçirilib. Konfransda ortopediya, travmatologiya, pediatriya, nevrologiya, genetika ixtisası üzrə 200-dən çox həkim iştirak edib.
Axşam.az xəbər verir ki, tədbirdə Türkiyə Uşaq Ortopediya Dərnəyinin rəhbəri Muharrem İnan çıxış edib. O, Ortopedik Mərkəzdən, uşaq travmatologiya-ortopediyasına dair gördükləri işlərdən söz açıb.
Konfransın keçirilməsi məqsədi peşəkar tibbi birliklərin təkmilləşdirilməsi, səhiyyənin inkişafı, səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsi olub. Konfransda Dünyada İpli Skolioz cərrahiyyəsini icra edən sayılı cərrahlardan biri travmatoloq-ortoped, onurğa cərrahı professor Mehmet Aydoğan da iştirak edərək skolioz cərrahiyyəsinə dair son yeniliklərdən söz açıb.