"Mən Avropa düşüncəliyəm, Kərimin indiki xanımı isə istədiyi kimidir" - Video

"Mən Avropa düşüncəliyəm, Kərimin indiki xanımı isə istədiyi kimidir" - Video
14863 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mətanət İsgəndərli qalmaqal yaşadığı keçmiş gəlini Canana ilə barışdıqdan sonra ilk dəfə kamera qarşısına keçib. 

Axşam.az xəbər verir ki, bu barədə "MTV maqazin"ə danışan Canan ilk addımı özü atdığını vurğulayıb:

"Hər zaman barışıq elan edirdim. Ən çox da bilirsiniz bu addımı niyə tam gerçəkləşdirdim? Böyük oğlum Tuncayla son danışığımızda mənə dedi ki, "İnanmıram siz barışasınız". Bu söz mənə o qədər təsir etdi ki, dedim, uşaq sanki həyatdan uzaqlaşıb, inanmır həyata, bunun gələcəyi necə olacaq? Ona sübut olaraq getdim Mətanət xanımın evinə və orada dedim ki, sizinlə həqiqətən barışmaq istəyirəm, bunu qəbul edin. Uşaqlar da bunu gördülər və çox sevindilər". 

Canana etiraf edib ki, aralarında yaranan bu problemə kənar müdaxilələr səbəb olub:

"Mətanət xanım çox gözəl insandır. İnanmazdım ki, bunlar onun fikirləri olsun. Ətrafındakılar sağlam insan olmayıblar, onu düzgün yola gətirməyiblər. Həmişə ona demişəm ki, heç kimi dinləmə, özün ol, özün çox gözəl insansan. Onun-bunun sözü ilə... Bilmirəm, ətrafındakılar kimlərdisə, onları eşidir. Deyir ki, yox, heç kimə qulaq asmıram. İnanmıram, yəni bu hadisələr olmazdı".

O, vurğulayıb ki, keçmiş həyat yoldaşının yenidən ailə həyatı qurmasını normal qəbul edir:

"Biz dost olaraq bir yerdəyik. O, ailə qurub, Allah xoşbət etsin. Mənə nə lazımdır? Onun xoşbəxtliyi. İnsandır, istəyib ailəsini qurub. Əsas odur dost olaq, övladlarımızı böyüdək. Hətta o, elçi gedən də belə gəlib məndən xeyir-dua aldı. Dedim ki, Allah xoşbəxt eləsin. 

Hər şeydən imtina etdim mülkdən, torpaqdan, alimentdən, ömürboyu iddia qaldırmamağı təsdiqlədim. Yalnız övladlarımın üçünün də məndə qalmağına sevinirəm". 

Canana əlavə edib ki, o, özü yenidən ailə qurmayacaq. O, övladlarının kiminlə qaldığı sualını isə belə cavablayıb:

"Hazırda övladlarım nənələri ilə qalır. Məsələn, ögey ana yanında qalsaydılar orada qoymazdım, qətiyyən". 

Canana sonda keçmiş həyat yoldaşı Kərimlə ayrılma səbəblərinə toxunub:

"Mütləqdir ki, həyat yoldaşı xanımını başa düşsün. Biz bir-birimizə uyğun deyildik. Mənim fikirlərim, onunkular başqa. Mən bir az Avropa, o, isə kənd həyatı, yəni uyğun deyilik. İndi aldığı xanım tam istədiyi kimidir". 

Mözvu ilə bağlı açıqlama verən M.İsgəndərli isə barışığı məhz nəvələri üçün etdiyini vurğulayıb:

"Bu barədə çox danışmaq istəmirəm. Hər şey yaxşıdır. Ümumiyyətlə sülh, barışıq adamıyam. Kin, küdurət mənlik deyil. Davanı qətiyyən sevmirəm. Çünki bu, uşaqlara da təsir edir. Nə ediriksə, onların xatirinə edirik və etməliyik. Əgər həyatımızda övladlarımız varsa, sən onlar üçün yaşamalısan. Həyatı belə başa düşürəm".