Hacıbaba Bağırovun 90 illiyi qeyd olundu - Fotolar

Hacıbaba Bağırovun 90 illiyi qeyd olundu - Fotolar
1080 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü qeyd edilib.

Axşam.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrı silsilə tədbirlər həyata keçirir. Teatrın kollektivi öncə mərhum aktyorun Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyublar. 

Ziyarətdə iştirak edən teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, aktyor Hüseyn Əlili və digərləri sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Bu gün saat 19:00-da isə Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyinə həsr olunmuş "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva) tamaşası nümayiş olunacaq.