İyunun ilk günlərində Parisdə çoxdan gözlənilən 23-cü IMCAS İllik Ümumdünya Konqresi baş tutub.
Axşam.az xəbər verir ki, tədbirdə dünyanın məşhur kosmetoloqları, plastik-cərrahları və həkimləri yer alıblar. Tədbirdə kosmetologiyada ən son yeniliklər təqdim edilib.
Konqresə Azərbaycandan həkim-kosmetoloq Aytac Əsədova da qatılıb. O bildirib ki, xanımların gözəl, cavan və təravətli dəriyə sahib olmaları üçün ən son preparatlar, aparatlar və üsullarla tanış olub:
"Çox xoşbəxtəm, çünki 2 il sonra yenidən IMCAS konqresinə gəldim. Çox möhtəşəm yeniliklər öyrəndim. Bunları yaxın zamanda mərkəzimdə də müştərilərə təqdim edəcəm".