Dadaşova ilə Nərmin qohum imiş: "Atası onun dərdindən getdi"

Dadaşova ilə Nərmin qohum imiş: "Atası onun dərdindən getdi"
12650 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova müğənni Nərmin Kərimbəyova ilə qohum olduğunu açıqlayıb. 

Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Şourum"a açıqlamasında deyib. Dadaşova bildirib ki, onların baba və nənəsi bacı-qardaş olub:

"Biz bacı-qardaşın nəvələriyik. Xeyransa xanım mənim nənəm idim. Əbülfəz Nəcəfov Nərminin babası idi. Nərminin anası və atası da həkimdir".

B.Dadaşova Nərminə səhnədə dəstək olmamasından bəhs edib:

"Mənə desəydi ki, hansısa verilişə birlikdə çıxaq çıxardım. Bəzi verilişlərə ailəmizlə qatılanda onu da dəvət etmələrini istəmişik. Amma düşünürəm ki, onun dəstəyə ehtiyacı yoxdur".

Müğənni N.Kərimbəyovanın qardaşının xəstəliyindən və ona donor olmasından söz açıb:

"Kamran 12 yaşından bu xəstəlikdən əziyyət çəkir. Atası Malik də bu problemə görə ürəyindən getdi. Ən böyük problemdir. İllərdir biz bu problemi danışmamışıq. Elə insanlar var bütün problemləri açıb danışır. Biz hər zaman bunu gizlədirik. Nərmin elə oldu ki, gizlədə bilmədi".

Qeyd edək ki, Nərmin bir neçə gün əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkir.