Tarixi abidəni qazan şəxslər tutuldu

Tarixi abidəni qazan şəxslər tutuldu
750 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəkidə tarixi abidədə qanunsuz qazıntı işləri aparan şəxslər tutulub.

Axşam.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, iyunun 20-də Şəki Şəhər Rayon Polis Şöbəsinə Orta Zəyzid kəndində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Əməli törədənlərin rayon sakinləri-Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər, oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki,qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.