Aqşin Fateh dava etdi, barmağı sındı - Video

Aqşin Fateh dava etdi, barmağı sındı - Video
1748 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aqşin Fateh məkanındakı davada əlini zədələyib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, restoranda olan davada aranı sakitləşdirmək istəyib və əli zədələnib:

"Barmağım yerindən çıxıb, içərisinə su dolmuşdu. Ağrısından dözə bilmirdim. Sınıqçı 1 saat əlləşdi. Bu yaxınlarda bizim məkanda ara qarışmışdı. Mənə yaxın adamlarla başqalarının davası düşmüşdü. Mən də aralamğa çalışdım. Vurmamışam, qonağı vurmaram".

Aqşin əlinin ağrısından proqramda otura bilmədiyini deyərək, verilişi tərk edib. 

Qeyd edək ki, bundan əvvəl də Aqşinin adı davada hallanıb. 

A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub. Məlumata görə, A. Fatehlə F. Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.

Aprelin əvvəlindən F. Alıyev A. Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.

Aprelin 17-də isə A. Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib. Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.