"Şaman"ın aqibəti necə oldu? - 11 il keçir

"Şaman"ın aqibəti necə oldu? - 11 il keçir
1626 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Amaliya Pənahovanın sonuncu filmi "Şaman" olub.

Axşam.az xəbər verir ki, ekran işi 10 ildən çoxdur çəkilsə də işıq üzü görməyib. Filmdən bəzi kadrlar isə yayılıb. Filmin rejissorluğunu Aqil M.Quliyev edib. 

Əldə etdiyimiz məlumata görə, ekran işi aktrisanın səhhətinə görə sona kimi çəkilməyib. Buna baxmayaraq Aqil M.Quliyev dəfələrlə müsahibəsində filmin montajda olduğunu və yaxın günlərdə təqdim ediləcəyini deyib. O, eyni zamanda A.Pənahova ilə bağlı olan bütün səhnələrin lentə alındığını əlavə edib. 

Axşam.az əməkdaşı Aqil M.Quliyevə filmlə bağlı sual ünvanlasa da, o, cavabsız qoyub. 

A.Pənahovanın qızı Aynur Muxtarova Axşam.az-a açıqlamasında filmin aqibətindən xəbərsiz olduğunu söyləyib. 

Qeyd edək ki, bundan əvvəl rejissor açıqlamasında filmin 2019-cu ildə təqdim ediləcəyini demişdi. Növbəti müsahibələrindən birində isə rejissor "Şaman" 2020-ci ildə tamaşaçıların ixtiyarına veriləcək. Filmdə müasir dünyadan kadrlar əlavə olunur. Proses hələ də davam edir. Gələn il təhvil verəcəm" sözlərini söyləmişdi.

"Şaman"da mərhum aktrisa şaman qadın obrazını canlandırıb.