Nazilə ilə Fatimənin məhkəmə prosesi necə oldu?

Nazilə ilə Fatimənin məhkəmə prosesi necə oldu?
1543 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, şair Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verib. 

Axşam.az xəbər verir ki, instaqramda canlı yayımda olarkən Fatiməyə izləyiciləri bunla bağlı suallar ünvanlayıblar. O isə bunları cavabsız qoyaraq, bu haqda danışmaq istəmədiyini, heç nədən məlumatı olmadığını bildirib.

N.Səfərli Axşam.az-ın bunla bağlı suallarını cavablandırıb. O, məhkəməyə artıq müraciət etdiyini və işin getdiyini söyləyib:

"Fikrimdən daşınma yoxdur. Fikrimdən daşına bilərdim, vaxtında üzr istəsəydi. Başa düşmədi, hələ də nə etdiyini başa düşmür. Təzminat ödəyəndən sonra başa düşəcək.

Bu haqda çox şey danışmaq, yazıların olmasını istəmirəm. Nəticəni deyəcəm. Məhkəmə haqda yazılmasını, filan qədər təzminat istəndi kimi sözlərin gündəm olmasını istəmirəm. Məni durduq və lazımsız yerə ittiham edib, qanunla cəzasını çəkməlidir".