"Aparıcıya hədiyyə göndərdim, kanal rəhbəri geri qaytardı"

"Aparıcıya hədiyyə göndərdim, kanal rəhbəri geri qaytardı"
2540 dəfə oxunub
  • A-
  • A
  • A+

"2015-ci ildə niyyətim var idi, "Əməkdar artist" olum. Allah qismət etdi və oldum. Kanalların birində bir aparıcı var idi, mənə zəng etdi ki, filan şey söz vermişdin. Ona hədiyyə göndərdim. Amma sonra kanalın rəhbərliyi deyib ki, qaytar, başqa cür don geyindirərlər. Qaytardılar". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafeyv "Səhər mərkəzi" proqramında deyib. Müğənni fəxri ad alanda adını açıqlamadığı aparıcıya hədiyyə göndərdiyini, amma kanal rəhbərliyi tərəfindən geri qaytarıldığını deyib.

Daha bir arzusu olan Y.Mustafayev bu dəfə aparıcı Tural Əsədova söz verib. O bildirib ki, arzusuna çatsa, ona hədiyyə alacaq.