"Belə savadsızın oxuduğuna qulaq asa bilmərəm" - Qalmaqal+Video

"Belə savadsızın oxuduğuna qulaq asa bilmərəm" - Qalmaqal+Video
6013 dəfə oxunub
  • A-
  • A
  • A+

"Müğənnidə bilik hardandır? İstedadı var oxuyur. Amma həddən artıq savadsız olmaq olmaz".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Tarixin bir günü" proqramında deyib. Verilişdə müğənnilərin biliyi müzakirə olunub. 

Müğənni Elnar Xəlilov həmkarları Damla və Vəfa Şərifovanı tənqid edib:

"Damlaya sual verdilər ki, bir alim adı çək, edə bilmədi. Elə Eynşteynin instaqram doludu dili çıxan şəkilləri ilə. Vəfa Şərifovaya sual verirlər Türkiyənin paytaxtı haradır, dedi, İstanbul. Hələ prodüserinə dönüb deyir, nədir səhv dedim? Bu artıq tərbiyəsizlikdir".

Rövşanə onun sözlərinə "İçərişəhərdən düşəndə Yusif Məmmədəliyevin heykəli var, başını qaldır bax" reaksiyasını verib. 

Aparıcı Tarix Əliyev (Tolik) isə "Damla "Avropanın paytaxtı Dubay" deyən Şəbnəm Tovuzluya güldü, öz başına gəldi" sözlərini əlavə edib.  

R.Ağasəfqızı isə "Orta məktəbdə savad verirlər. Adi nələrisə də bilmirlər. Mən belə savadsızların oxuduğuna da qulaq asa bilmərəm" deyə, bildirib.