Nadir uşaqlıq arzusuna çatdı - Video

Nadir uşaqlıq arzusuna çatdı - Video
610 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya" təmsilçimiz Nadir Rüstəmli ona edilən hədiyyəni izləyiciləri ilə bölüşüb. 

Axşam.az xəbər verir ki, müğənni uşaqlıqdan at sevdiyini deyərək, ən böyük arzularından birinə çatdığını vurğulayıb:

"Həmişə şükür etmişəm ki, ətrafımda hər zaman dəyərli, diqqətli insanlar var. Sürprizləri, hədiyyələri necə sevdiyimi, uşaqlıqdan atlara olan sevgimi görüb mənə həyatımın ən gözəl hədiyyələrindən biri olan bu balacanı hədiyyə etdilər".

Nadir izləyicilərinə sual ünvanlayaraq "Sizcə adını nə qoydum? Məni izləyənlər bunu bilməlidir" sözlərini qeyd edib.