"Qadın yaxşı həyat yoldaşının xəyanətini bağışlayır"

"Qadın yaxşı həyat yoldaşının xəyanətini bağışlayır"
2233 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında kişi xəyanətini müzakirə ediblər.

Axşam.az xəbər verir ki, xanəndə yaxşı həyat yoldaşının xəyanətini qadının bağışlamasından danışıb:

"Xanım bilir ki, həyat yoldaşı bu cür insan deyil. Hər zaman ailəsinə bağlı, yoldaşına sadiqdir. Necə oldu onu yolundan azdırdılar? Onu arayıb, araşdırıb, qoruyub... Ailəsinin xətrinə yaxşı həyat yoldaşını qoruyur. Bunu el içində pərt etmədən, məsələni ictimailəşdirmədən edər. Yaxşı həyat yoldaşını qadın qoruyar".

D.Əliyeva isə onun dediklərinə "Bağışlanmaq üçün belə yaxşı və ideal həyat yoldaşı olmalısan. Səhvin olsa belə sən nə qədər yaxşı həyat yoldaşı olmalısan ki, qadın səni bağışlasın. Deməli bağışlanan kişilər yaxşı həyat yoldaşıdır" reaksiyasını verib.