Dərini cavanlaşdıracaq, məsamələri yox edəcək

Dərini cavanlaşdıracaq, məsamələri yox edəcək
1554 dəfə oxunub
  • A-
  • A
  • A+

İlin dörd fəslində üz dərinizə qulluq etməlisiniz. Qışda soyuqdan çatlayan dəri, yayda günəş şüasından zərər görür. Bunun üçün də üz hər zaman nəmləndirilməli, maskalar çəkilməlidir.

Axşam.az xarici mediaya istinadən evdə asan hazırlanan maskalar təqdim edir.

Məsamələri daraldan ən effektiv maskalar:

Ərzaqlar:

2 qaşıq qatıq
yarım xiyar
1 xörək qaşığı qaymaq

Xiyarı rəndələyib qatıqla qarışdırın. Sonra qaymaq ​​əlavə edin və dərinizə çəkin. 10 dəqiqə saxladıqdan sonra yuyun.

Şəkər tozu və limonlu pilinq

2 qaşıq şəkər tozu
1 qaşıq zeytun yağı
bir neçə damcı limon suyu

Bütün maddələri yaxşıca qarışdırın və üzünüzə pilinq edin. Sonra yuyub, nəmləndirici krem çəkin.

Yumurta ağı və limonlu maska

Bir yumurta ağı
bir neçə damcı limon suyu

İki maddəni yaxşıca qarışdırın, üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra yuyun.