İzləyicinin "keçəl" sözü Tünzaləni ağlatdı - Video

İzləyicinin "keçəl" sözü Tünzaləni ağlatdı - Video
4933 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Əliyeva TikTok-da canlı yayımda olarkən göz yaşlarını saxlaya bilməyib.

Axşam.az xəbər verir ki, buna səbəb izləyicisinin ona yazdığı "keçəlsən" sözü olub. Kövrələn "Toppuş bacı" ləqəbli sənətçi bunları söyləyib:

"Vəfa, yazdığınız bu sözə görə sizi bağışlayıram. Siz nə edəsiniz ki... Heç bir günahınız yoxdur. İlk dəfə başımı keçəl qırxdırmağa heç hazır olmadım. Məndən əvvəl həyat yoldaşım Röyal saçını qırxdı. Sonra mənim başım qırxıldı. Daha sonra qaynatam, ardından qardaşım, bacımın oğlu. Nəticədə hamımız ailəlikcə keçəl olduq. Mənə "keçəl" sözündən də pis sözlər yazıblar".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb.