Rəqs videosunu tənqid edənlərə cavab verdi

Rəqs videosunu tənqid edənlərə cavab verdi
14276 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Kubra Əliyeva rəqs etdiyi görüntüləri tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, aktrisa dəniz kənarında rəqs edərkən onun videosunu aparıcı Elgiz Əkbər çəkərək instaqramda yerləşdirib. İzləyicilərin əksəriyyəti isə K.Əliyevanın həm geyimini, həm də rəqsini tənqid edib.

"Getdik Elgizin bağına. Durub rəqs etmişəm instaqramda video yerləşdirmişik. İzləyicilər nələr yazıb. Yazıblar "Oynamağı Kubra xanıma yaraşdırmadım". Niyə? Evdə mən yemək hazırlayıram, musiqi eşidəndə qol qaldırıb oynayıram. Əsl bağ geyimində idik. Mən o bəyənməyənlər üçün yaşamıram, bəyənənlər üçün yaşayıram. Şortiki, güllü koftamı geyindim getdim. Bu qədər" deyə, aktrisa cavabında deyib.