"Bunlar şayiədir, bizim evliliyimiz..." - Oksana

"Bunlar şayiədir, bizim evliliyimiz..." - Oksana
3828 dəfə oxunub
  • A-
  • A
  • A+

"Osmana mənim xalam baxır. Xalam bizimlə yaşayır, biz bir ailəyik. Şəhriyarın gözəl ailəsi var, nə yaxşı həyat yoldaşım odur və oğlumun atasıdır".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Şourum" verilişində deyib.Sənətçi övladı Osmanı dayəyə etibar etmədiyini söyləyib. 

Oksana yenidən ana olmaq istədiyini, amma səhhətində problem olduğunu etiraf edib:

"Çox istəyirəm yenidən ana olum, ikinci övladım doğulsun. Mənim səhhətim icazə versə, lap üç övlad istəyərdim. Amma səhhətimlə bağlıdır".

Sənətçi aparıcı Şəhriyar Əbilovla evliliklərini saxta adlandıranlara cavab verib:

"Heç nə deməyəcəm, saxta evlilik deyil. Bizim gerçək övladımız və ailəmiz var. Bir evdə yaşayırıq. Bunlar şayiədir. Mübahisəmiz Osmana görə olur. İndi elə vaxtıdır ki, məndən yox, atasından götürür. Ona görə deyirəm ki, Şəhriyar hərəkətinə, danışığına fikir ver".