"Onunla heç vaxt barışmaram" - Günay İbrahimli

"Onunla heç vaxt barışmaram" - Günay İbrahimli
4292 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dostluq etdiyin insanlar işlədiyin adamlar olmamalıdır. Neçə illərin dostu belə bir günün, saniyənin içində hər şeyi silib atır. Əlimin duzu yoxdur. Qarşındakı insanla pis davrananda hörmətli olursan. Nəyin ki, onu başına tumar, sığal çəkəndə".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Şourum" proqramında deyib. Sənətçi dostlarından gileylənib. O bildirib ki, rəfiqələrinin çoxunu həyatından silib:

"İnsanlarla qəddar davrana bilmirəm. Elə insanlar var ki, onlarla heç vaxt barışmaram. Heç yadıma da düşmürlər. Bir insandan elektrik alıramsa, istilik görürəmsə, dostluq edirəm. Amma söz vermişəm, işlədiklərimlə dostluq etmərəm".