"Qızım iki dəfə övladını itirib" - Flora Kərimova

"Qızım iki dəfə övladını itirib" - Flora Kərimova
3971 dəfə oxunub
  • A-
  • A
  • A+

"Uşaq sahibi deyiləm, ata tərəfdir. Ona görə də özümü yığışdırmışam. Uşağın 40-nın çıxmasını gözləyirlər, sonra ad qoyacaqlar. Hikkəmdən əl çəkmişəm. Nəvəmə nə ad qoysalar, qəbulumdur, çünki çox gözlədiyim hadisə idi. Eşidən də ürəyim ağzımdan çıxırdı".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Şourum" proqramında deyib. Müğənni nəvəsindən danışıb. İfaçı qızı Zümrüdün tələf olan övladlarından danışıb:

"Tale məni iki dəfə cəzalandırdı. Üçüncü dəfəsindən qorxurdum. Amma üçüncü dəfə xeyirli gəldi. Daha əvvəl Zümrüd ana olacaqdı. Amma körpəsi bətnində tələf oldu. Qız övladı "Flora" olacaqdı. Gözləyirdim, amma körpəni xilas edə bilmədilər".

Kərimova bir müddət əvvəl zəhərlənməsi haqda yayılan xəbərlərə "Yalan idi, zəhərlənməmişdim. Özümü narahat hiss edirdim, o da ana narahatçılığı idi. 81 yaşım var, kimə mane oluram?" reaksiyasını verib.