Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
610 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.