Gələn ay ardıcıl 4 gün iş olmayacaq

Gələn ay ardıcıl 4 gün iş olmayacaq
3340 dəfə oxunub
  • A-
  • A
  • A+

İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub.

Axşam.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.