Məşhur həkimin intiharı ilə bağlı cinayət işi açıldı

Məşhur həkimin intiharı ilə bağlı cinayət işi açıldı
5529 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı cinayət işi açılıb. 

Axşam.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.