Xəbər verdiyimiz kimi, Şuşa Dövlət Musiqili Dram Teatrı 30 il sonra Şuşada tamaşa nümayiş etdirib.
Axşam.az xəbər verir ki, bununla bağlı aktyorlar Şuşaya yollanıb. Onlar gəzinti zamanı şəkillər çəkdiriblər. Əməkdar artist Sənubər İsgəndərli Şuşadan olan həmin fotoları izləyiciləri ilə bölüşüb.
"Getdiyiniz yol sizi arzularınıza aparırsa, bir də o yol Vətən igidlərinin qanı, canı bahasına salınıbsa, sözün bitdiyi yer... Unudulmayan səfər, sevgili dostlarla" deyə, aktrisa paylaşımında qeyd edib.