Daim qadınların yanında olan, onları dəstəkləyən və motivasiya edən "Aura" markasının dəstəyi ilə yeniyetmə qızlar üçün nəzərdə tutulmuş “Her Improvement” proqramının may və iyun ayları ərzində növbəti dördüncü - “Biznes və proqramlaşdırma təlimləri” mərhələsi sona çatıb.
Şirkətdən Axşam.az-a verilən məlumata görə, “Her Improvement” yeniyetmə qızlarda təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularında düşüncə tərzinin aşılanması və biliklərə yiyələnməsi ilə idealarının reallaşması üçün təşkil olunan bir illik inkişaf proqramıdır.
"Femtech" şirkətinin həyata keçirdiyi layihənin növbəti inkubasiya (mentorinq) mərhələsində iştirakçılar komanda olaraq biznes və proqramlaşdırma üzrə mentorlarla mütəmadi görüşlər edərək suallarını ünvanlayacaq və startaplarının daha bazara uyğun bir formada hazırlanması üçün çalışacaqlar.
Proqramın final mərhələsinin isə avqustda reallaşması nəzərdə tutulur.
Azərbaycanın tualet kağızı və kağız dəsmal bazarında lider olan “Aura” markasının məqsədi Azərbaycanda qadın startap təsisçiləri yetişdirmək və startap-innovasiya ekosistemində qadınların rolunu artırmaqdır. Onu da qeyd edək ki, “Aura” markası gələcəkdə də qadınları ilhamlandırmağa və təhsilinə investisiya etməyə davam edəcək.