Polşada keçiriləcək tədbirə birlikdə getmək istəmədilər

Polşada keçiriləcək tədbirə birlikdə getmək istəmədilər
1514 dəfə oxunub
  • A-
  • A
  • A+

Polşada "Avroviziya" iştirakçılarının yer alacağı böyük tədbir keçiriləcək. 

Axşam.az xəbər verir ki, Azərbaycanı yarışmada təmsil edən Samirə Əfəndi, Çingiz Mustafayev, Aysel Məmmədova (Aisel), Dihaj (Diana Hacıyeva), Nadir Rüstəmli dəvət alıb. 

İyulun 16-da Varşavada keçiriləcək şənliyə qatılmaq üçün Dihaj, Nadir və Aysel razılıq verib. Samirə və Çingiz isə dəvəti geri çevirib. Bu haqda Samirə instaqramda hekayə bölümündə də paylaşım edib. 

Polşa "Eurovision Party"də bu günə kimi müsabiqədə ölkəsini təmsil edən ifaçılar yer alacaqlar. 

Təşkilatçılar məsələ ilə bağlı açıqlamada "Son dəqiqəyə qədər edilən cəhdlərə baxmayaraq, festivalın ilk buraxılışında Samirə Əfəndi (Azərbaycan), Andrea (Şimali Makedoniya), Vladan (Monteneqro), Çingiz Mustafayev (Azərbaycan) və Eye Cue (Şimali Makedoniya) görünməyəcək. Dəyişikliklər təşkilati, maddi-texniki və şəxsi səbəblərə görə baş verdi, buna görə təşkilatçı adından üzr istəyirik" sözləri yazılıb.

Qeyd edək ki, "Avroviziya" zamanı Nadirlə Samirə arasında qalmaqal yaşanmışdı. Norveç deleqasiyasının dəvəti ilə İtaliyaya gedən Samirənin Nadirə dəstək olmadığı ifaçının narazıçılığına səbəb olmuşdu. 

Çingiz isə uzun müddətdir İndoneziyada yaşayır və fəaliyyət göstərir.