Hollivud ulduzu Bred Pitt geyim tərzində dəyişikliklər etməyə davam edir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktyor "Bullet Train" filminin premyerasına qatılıb. O, tədbirə ətək geyinib.
Qəhvəyi kostyumunu Pitt cəhrayı köynək, qara botlarla tamamlayıb. Bredin ayağındakı döymələr də diqqət çəkib.