"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi istirahət üçün Yunanıstana yollanıb.
Axşam.az xəbər verir ki, müğənni dincəlmək üçün Mikonos adasını seçib. Samirə fotolarını instaqram hesabında paylaşıb.
"Günəş işığı, kristal kimi təmiz mavi su, heyrətamiz yeməklər və füsunkar tarixi birləşdirən yer. Mikonos, sən məni sənə aşiq etdin" deyə, Əfəndi paylaşımında qeyd edib.
"Avroviziya" yarışmasında ona sevgi etirafı edən Norveç təmsilçisi "TİX" (Andres Haukeland) da Samirənin fotolarına rəy yazaraq "Birinci" sözünü qeyd edib və ürək işarəsi qoyub.
