Özbəkistanda beynəlxalq konqres keçirilib - Fotolar

Özbəkistanda beynəlxalq konqres keçirilib - Fotolar
231 dəfə oxunub
  • A-
  • A
  • A+

Özbəkistanın Səmərqənd şəhərində "Özbəkistanın mədəni irsi - yeni intibahın əsası" adlı VI Beynəlxalq Konqres keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə bir çox ölkədən media nümayəndələri, ictimai xadimlər, Özbəkistan hökumətinin nümayəndələri iştirak ediblər. İki gün davam edən forumda eyni zamanda qonaqlar üçün Səmərqənd şəhərinə gəzinti təşkil olunub. 

Özbəkistanın turizm və mədəni irs naziri Əziz Abduhakimov videoformatda tədbir iştirakçılarını salamlayıb. 250-dən çox şəxsin iştirak etdiyi konqresdə “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” seriyasından 10 yeni kitab-albom təqdim olunub. 

Tədbirin məqsədi Mərkəzi Asiya mədəniyyətini öyrənən beynəlxalq elmi ictimaiyyəti birləşdirmək, Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Dünya Birliyinin ötən bir ildəki işini təqdim etmək olub. 

Zəhra Əhmədova