Xəyyamın anşlaqla keçən konsertindən - Fotolar

Xəyyamın anşlaqla keçən konsertindən - Fotolar
957 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Xəyyam Nisanov açıq havada konsert verib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında baş tutan tədbirdə müğənni sevilən mahnılarını canlı olaraq səsləndirib. 

"10 il sizinlə" şüarı ilə reallaşan xalq konserti bu dəfə də anşlaqla keçib. 

"Uzun zamandır konsert ab-havası üçün çox darıxmışdım. Gecəmiz mükəmməl keçdi, razı qaldım. Pərəstişkarlarımın mənimlə bir ağızdan oxuması sadəcə zövq verirdi. Arzulayıram ki, silsilə konsertlər davam etsin. Məni izləməyə gələn bütün sevənlərimə yüksək enerji, sevgilərinə görə təşəkkür borcluyam. Ən əsası belə gözəl konserti təşkil etdiklərinə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyi və bütün heyətə minnətdaram" deyə, sənətçi bildirib.