Roza Zərgəli ilə Şəbnəm Tovuzlu arasında mübahisə

Roza Zərgəli ilə Şəbnəm Tovuzlu arasında mübahisə
7961 dəfə oxunub
  • A-
  • A
  • A+

"Zatən ona izah etdilər ki, baxır kimə edirsən. Roza Zərgəliyə qarşı olmaz. Onun ayaqqabısını geyinib, yolunu yeriyə bilməzsən".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Şourum"a açıqlamasında deyib. O, "Qırmızı güllər" mahnısını ifa edən həmkarı Şəbnəm Tovuzlunun ondan icazə almadığını vurğulayıb:

"Şəbnəm klipi çəkdirəndən sonra yadına düşüb icazə almaq ki, birdən Roza nəsə deyər. Bu hərəkət xoşuma gəlmədi. Heç kimin mahnısını təzədən oxumuram. Möhürlü mahnıları heç vaxt oxumuram. Umub-küsdüyüm insanların icazə alması mütləqdir. İstəyir birinci ifası pis oxusun, ya necəsə, ilk ifa insanlara sevgini verir. Bu mahnı onluq deyil. Onun səsinə uyğun başqa mahnılar var, gərək onları oxuya.

Məndən də öncə Əlikramdan (red. - müğənni Əlikram Bayramov) icazə alınmalı idi. Mən qadınam, uzağı söz ata bilərəm. Amma Əlikram bu əsəri yaradandır ki, gərək ondan izin alınsın".

R.Zərgərli klip çəkiləndən sonra Şəbnəmin onunla bu haqda danışdığını vurğulayıb:

"Dedi ki, unutmuşam, başım qarışıq olub, atıram "Papuri"nin içinə qulaq as. Dedim artıq klipini çəkmisən axı. Dedi, yox, çəkməmişəm. Amma mənə o klipi artıq atmışdılar. Elə iş komandası özü atmışdı".