Orxan Zeynallı dünyasını dəyişən atasından yazdı - Foto

Orxan Zeynallı dünyasını dəyişən atasından yazdı - Foto
2192 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı dünyasını dəyişən atası, tanınmış jurnalist Araz Zeynalov haqqında paylaşım edib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb:

"Prospektin yazılmamış bir nömrəli qanunu - “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən (red. - avqustun 3-də) atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, ata".

Qeyd edək ki, A.Zeynalov avqustun 3-də 61 yaşında uzun sürən xəstəlikdən vəfat edib.