"Bakıya qayıdanda amulet boynumda ikiyə bölünüb"

"Bakıya qayıdanda amulet boynumda ikiyə bölünüb"
1781 dəfə oxunub
  • A-
  • A
  • A+

"İlk dəfə anamın qucağında, 5-6 aylıq olanda Şuşada olmuşam. Sonra hər il 3 yaşıma kimi gedib-gəlirmişik".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosisal media hesabında yazıb.  

"Rəvayət kimi görünsə də, olmuş hadisədir. Toppuş, ağappaq uşaq olmuşam, qonşu gəlib anama kömək etməyə, məni çimizdirəndə deyib ki, çox gözəldir, çox şirindir və sair. Gecə başıma 6 çiban çıxıb. Anam deyir həkimə apardıq dərman kömək etmədi. Qucaqda yatırmışam. Başımda çıxan çibanlar ağrılı imiş. Anam deyir, gözə oxşayırdı ağ ortası da qara. Hər il eyni vaxtda çıxırmış. Bu səbəbdən havamı dəyişim deyə Şuşaya aparırmışlar. 20 gün, 1 ay orda qalırdıq. 3-cü ili ora gedəndə laçınlı bir qadın anamdan soruşur ki bu uşaq niyə ağlayır, niyə qucaqdan düşmür. Anam danışıb o qadına məsələni. O da öz uşağının boynundan bir amulet çıxarıb taxıb mənim boynuma. Deyib ki, uşağa göz dəyib. Bu amuleti çıxarmayın. Bakıya qayıdanda amulet boynumda çartlayıb ikiyə bölünüb və ondan sonra başıma bir də o çibanlar çıxmayıb.

Üstündən illər keçib mən indi gəlib bu yerləri görə bildim. Uşaq vaxtı yadımda qalmayıb. Balaca olmuşam".