"Allah valideynlərimin ölümünə bais olanların qabağına çıxartsın"

"Allah valideynlərimin ölümünə bais olanların qabağına çıxartsın"
5237 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Səlim Abbasov ad gününü ana və atasının məzarları başında qeyd edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında video paylaşaraq yazıb:

"Ayın 4-ü gecə 12-ni keçən kimi ilk təbrik anam və atamdan gəlirdi. Bu dəfə çox heyif ki, o təbriki görmədim. Allah dünyadan köçən əzizlərimizə rəhmət eləsin. Hələ də bilmirəm bu ildırım sürəti ilə necə baş verdi. Allah bais olanların qabağına çıxartsın. Özümə borc bilib əzizlərimi ziyarət edib, ad günü tortumu onlarla birgə qeyd elədim. Vallah qanadsız quş kimiyəm. Məcbur ayaq üstə qalmışam. Onların yarımçıq qalan arzularını heç olmasa həyata keçirdim.

Sizi yazıb yormaq istəmirəm .Konsertlərdə və toylarda üzüm gülsə də içim ağlıyır. Allah bizə sağlam ömür nəsib eləsin. Yaşayıb-yaradaq. Ata-anamsız 2-ci doğum günüm mübarək".

Qeyd edək ki, S.Abbasovun atası və anası ötən il koronavirus infeksiyasından dünyasını dəyişib.