"Kaş illərlə yataqda qalardın, amma bilərdim ki, həyatdasan"

"Kaş illərlə yataqda qalardın, amma bilərdim ki, həyatdasan"
1495 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyev (Tolik) dünyasını dəyişən atası ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, atası ilə olan videosunu instaqram hesabında yayımlayaraq yazıb:

"Elə bilmə ki, deyib-gülürəm deyə yadıma düşmürsən. Amma özün də bilirsən ki, səndən incidim. Mənə heç nə deməyib getdin.

Kaş illərlə yataqda qalardın. Mən də sənin qulluğunda durardım, sənə baxardım. Borca düşərdim, hamıya ağız açardım, amma bilərdim ki, həyatdasan".

Qeyd edək ki, T.Əliyevin atası Tahir Əliyev ötən il vəfat edib.