Arda Kural polis bölməsinə aparıldı - Fotolar

Arda Kural polis bölməsinə aparıldı - Fotolar
1024 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanlar rol aldığı seriallarla məşhurlaşan, lakin daha sonra keçirdiyi psixoloji problemlər səbəbindən ekrandan uzaqlaşan aktyor Arda Kural polis bölməsinə aparılıb.

Axşam.az xəbər verir ki, buna səbəb aktyorun məkanların birində işçiyə, evdə isə ailə üzvlərinə hücum etməsi olub.

O, Büyükçekmecedəki əyləncə məkanında orada çalışan işçiləri ilə mübahisə yaşayıb. Nəticədə Kural şirkətin özəl mühafizə xidmətinin əməkdaşı Gökhan Yıldızı yumruqlayıb. Hadisə yerinə müdaxilə edən polis aktyorun ifadəsini almaq üçün onu bölməyə aparıb.

Bundan başqa, Kuralın ailəsinin də ondan şikayətçi olduğu ortaya çıxıb. Anası Kuralın onu hədələndiyini, qardaşı isə vurduğunu iddia edib. Dindirilmək üçün polis bölməsinə aparılan aktyorun yalnız qardaşına vurması ittihamı qəbul edilib. Nəticədə onun barəsində evdən 1 aylıq uzaqlaşdırılma qərarı çıxarılıb.