Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi
7020 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib. 

“Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hal-hazırda da onun yanındayam.

KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik!”, - deyə, Elnur Hidayətoğlu qeyd edib. 

Qeyd edək ki, Ceyhun Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib.