Fərda valideynlərinin arzusunu gerçəkləşdirdi

Fərda valideynlərinin arzusunu gerçəkləşdirdi
2403 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Fərda Xudaverdiyev müğənniliyə başlayıb. 

Axşam.az xəbər verir ki, sənətçi hətta toylara da getməyə başlayıb. Bunla bağlı "Deməsəm olmaz" verilişinə açıqlama verən Fərda ifaçılığa balamasının səbəbini açıqlayıb:

"Bir vaxtlar mahnı oxuyurdum. Sonra dayandırdım. Valideynlərimin arzusu olub ki, mən oxuyum. İndi onların istəyini yerinə yetirirəm. Bir vaxtlar tənqidlərə görə bu işdən çəkindim. Amma indi heç bir tənqid qarşımı ala bilməz. Toylara dəvət alıram, deməli sevilirəm. yetəri qədər də qonararalıram. Qarşıda duetlərim, yeni mahnılarım da var".