"100 min manat verməyi düşünə bilmərəm"

"100 min manat verməyi düşünə bilmərəm"
16595 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova atasına məxsus qavalı satışa çıxardığını açıqlayıb.

Axşam.az xəbər verir ki, o, atasının qavalını Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Aqil Məlikova qismət olmasını istədiyini deyib. 

Xalq artisti Mələkxanım Əyyubova "Günün sədası" proqramında qavalın qiymətinin baha olduğunu söyləyib:

"Hacıbaba Hüseynov Azərbaycan xalqının sevimli sənətkarı olub. Mənə də zəng etdilər ki, ailəsi istəyir Mələkxanım, Zabit Nəbizadə alsın. Məbləği soruşanda təəccübləndim. Təbii ki, qiymətsizdir. Hacıbaba Hüseynovdan qalan musiqi alətinin dəyəri çoxdur. 100 min manat deyildi. Elə bir məbləğdir ki, düşünmək belə olmur. Maddi ehtiyaca görə satılır. Hacıbaba Hüseynovun adına konsert olsa, bütün sənətkarlar təmənnasız iştirak edər, yığılan məbləğ ailəsinə verilər. Dəf isə qalsın".

Bildirilib ki, qavalı almaq istəyənlər arasında Xalq artisti Bilal Əliyev də olub. O, isə yalnız min manat ödəyə biləcəyini deyib.