"Tanınmışlar arasında neçə şəhid övladı var ki, hər məqamda söyürsünüz"

"Tanınmışlar arasında neçə şəhid övladı var ki, hər məqamda söyürsünüz"
8337 dəfə oxunub
  • A-
  • A
  • A+

"İnstagramda Şuşadan videolar paylaşmışam, bəziləri yazıb ki, sizi buraxırlar oralara, adi adamları yox".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb. O, Şuşa səfərindən olan paylaşımlarını tənqid edən izləyicilərə səslənib:

"Mənim valideyinlərim Qarabağ uğrunda qəhrəmancasına döyüşüblər, qazidirlər, anam 2-ci qrup əlildir (döyüşdə yaralanıb). Bəli, buraları görmək mənim haqqımdır!"

O, daha sonra Şuşanı görmək istəyənlərə bilet alaraq getməyi məsləhət görüb:

"Şuşanı görmək istəyənlər bilet alıb gedə bilərlər. Hər söhbətdə qazi və şəhid ailələrini bəhanə edib insanları zəhərləyənlər nə millətimizə, nə vətənə, nə də qazi və şəhidlərə hörmət qoymurlar.

Şuşa hər zaman sənət mərkəzi olub. Mənim məşhur olmağım, müğənni olmağım bir kənara qalsın. Mədəniyyət nümayəndələrinə onsuz da bəziləriniz hörmət qoymursunuz.

Qazilərə hörmətiniz var sizin guya? Mən də 2 qazi övladıyam Xanlar və Firəngiz Səttarovların övladıyam. Tanıyırsınız onları?!

Çoxunuza heç maraqlı deyil qazilərin və şəhidlərin ailələri. Tanımırsız da, tanımaq istəmirsiniz də. Tanınmışlar arasında neçə şəhid və qazi övladları var. Hər məqamda söyürsünüz onları, təhqir edirsiniz. Ar olsun sizin kimilərə!"